• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2293
— 05.05.2021 15:33

Evlərdən 40 min manatlıq oğurluq edilib

KepezTV Player

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən paytaxt sakini, əvvəllər məhkum olunan Taleh Muxtarov tutulub. Araşdırma zamanı onun Xəzər rayonunun Binə və digər qəsəbələrində 6 evdən pul, qızıl-zinət, məişət əşyaları, habelə velosipedlər oğurladığı müəyyənləşib. Onun zərərçəkənlərə ümumilikdə 40 min manata yaxın maddi ziyan vurduğu məlum olub. Faktlarla bağlı cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.