KepezTV Player
Ötən gecədən başlayaraq Gəncəyə yağan aramsız yağış fəsadsız ötüşməyib. Şəhərin müxtəlif ərazilərində, xüsusilə Məhsəti qəsəbəsində küçələr, fərdi evlərin həyəti yağış sularının altında qalıb. Fərdi təsərrüfatlara ziyan dəyib. Bəzi evlərə su dolub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlərlə əlaqədar olaraq, Nazirliyin Gəncə Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası yağış suları dolmuş ərazilərə cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Yağışlı hava şəraiti
- Baxış: 411