KepezTV Player
Vətən müharibəsində xəsarət alan qazilərdən 408 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdulqədirov deyib ki, ölkədə 4000-ə yaxın Vətən müharibəsi qazisi ilə görüş keçirilib. Onlardan 600-ə yaxını ağır yaralıdır. Əbdulqədirov son illərdə vətəndaşlar arasında 7000-dən çox saxta əlillik təyinatının aşkarlanaraq ləğv edildiyini də vurğulayıb.
- Baxış: 228