• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 05.05.2021 15:47

Livanlı muzdlu terrorçunun cinayət işi məhkəməyə göndərilib

KepezTV Player

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb. Məlumatda Vətən müharibəsi zamanı Ermənistanın beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq muzdlulardan istifadə etməklə orduya və dinc əhaliyə qarşı çoxsaylı təxribatlara əl atdığı qeyd olunub. Livan vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin mütəşəkkil dəstə halında birləşib terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında başlanmış cinayət işi üzrə istintaqla müəyyən edilib ki, adı çəkilən şəxs maddi mükafat müqabilində hərbi əməliyyatlarda iştirak etmək təklifini qəbul edərək muzdluların olduğu ərazilərə gəlib. Viken Eulcekcian və muzdlu kimi döyüşən digər şəxslər terrorçuluq fəaliyyətində iştirak ediblər. Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekcian barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ittiham aktı baxılması üçün məhkəməyə göndərilib.