• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1953
— 05.05.2021 12:15

Gəncədə polis reyd keçirib

KepezTV Player

Gəncədə xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə ciddi nəzarət edilir. Bunun üçün polis tərəfindən mütamadi olaraq reydlər keçirilir. Bu dəfəki reyd şəhərin Heydər Əliyev prospektində təşkil edilib. Sərnişin daşıyan avtobuslara baxış keçirilib, sürücü ilə sərnişinlər arasında şəffaf ara kəsmələr yoxlanılıb. Sərnişinlərin ara məsafəsi saxlayaraq əyləşməsinə də nəzarət edilib. Bundan başqa taksi fəaliyyəti ilə məşğul sürücülərin karantin rejimi qaydalarına əməl etməsi yoxlanılıb. Keçirilən reyd zamanı polis tərəfindən sürücülərə xüsusi karantin qaydalarına əməl etməyin vacibliyi izah edilib.