KepezTV Player
Mübarək Ramazan ayı ilə əlaqədar Türk-İslam Dini İşlər Birliyi vasitəsi ilə Almaniyada yaşayan türklər Azərbaycanda ehtiyacı olan ailələrə ərzaq yardımı göndəriblər. Aksiya Türk Diyanət Vəqfi tərəfindən Türkiyənin Gəncədəki Baş Konsulluğunda həyata keçirilib. 350 ərzaq bağlaması əsasən şəhid ailələri və qazilərə, həmçinin aztəminatlı ailələrə çatdırılacaq. Yardımla əlaqədar keçirilən tədbirdə qonaqlara Azərbaycan dilinə tərcümə edilən Qurani-Kərim də paylanıb. Bu Türkiyənin ötən il və bu il Gəncədə təşkil etdiyi 3-cü yardım kampaniyasıdır.
- Baxış: 499