• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1620
— 04.05.2021 20:38

COVİD 19-a qarşı vaksinasiya davam edir

KepezTV Player

Göygöl rayonunda COVİD 19-a qarşı peyvəndləmə işi davam edir. Vətəndaşlar könüllülük prinsipi əsasında vaksinasiya olunurlar. Proses mərhələli şəkildə təyin olunan qrafik üzrə həyata keçirilir.

Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Göygöl rayonunda yaşı 40-dan yuxarı olanlar, təhsil, səhiyyə, bank və digər sahələrdə çalışanlar Mərkəzi Rayon Xəstəxanasında peyvənd edilirlər. Tibb müəssisəsinin Yolxucu xəstəliklər şöbəsində vaksinasiya üçün müraciət edənlər qeydiyyata alınır və həkim müayinəsindən keçirlər. Peyvəndə əks göstərişi olmayan sakinlərə vaksin vurulur.

Habil Musayev  sakin: Peyvəndlə bağlı iynə vurdurmağa gəlmişdim. İynə vurdurdum, özümü yaxşı hiss edirəm, gedirəm. Tövsiyyəm odur ki, iynələri vurdursunlar. Vaksin odur ki, bu xəstəliyin qarşısını alır.

Vəfa Yusibova sakin: Mən peyvənd olunmuşam. Hazırda özümü yaxşı hiss edirəm. Camaata da tövsiyyəm odur ki, vurdursunlar qorunsunlar.

Peyvənd olunan şəxslərə müvafiq sənəd verilir. Burada vaksinin birinci və ikinci dozasının vurulma vaxtı qeyd olunur. Göygöl kəndlərinin əhalisi də vaksinasiya prosesindən kənarda qalmırlar. Kənlərdə peyvəndləmə səyyar şəkildə aparılır.

Eldar Muradov  Göygöl Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin  direktor müavin: Bizim mobil qruplarımız var. Mobil qruplar kəndlərdə əhali qruplarını təyinatı üzrə peyvəndləməsini həyata keçirirlər.  Aparilan peyvəndin 50 faizinə yaxını ətraflarda aparılıb, qalan hisəsi  isə mərkəzdə aparılıb. Hazırda mərkəzlə ətrafın əlaqəsini təmin etmişik. İstənilən vaxtı öz kəndlərində və yaxudda mərkəzdə gəlib peyvəndi edə bilərlər. Onlar üçün hər cür şərait var.

Göygöl rayonunda indiyədək ümumilikdə 8 minə yaxın şəxs COVİD-19-a qarşı peyvənd olunub.Onlardan 30 faizini yaşı 40-dan yuxarı olanlar təşkil edir.İkinci doza vaksin vurulanlıarın sayı isə 4 minə yaxındır.

Elnur Vahidoğlu