• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2133
— 04.05.2021 20:34

Həssas ödənişli tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

KepezTV Player

 

Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə Qərara dəyişiklik edib. Koronavirus pandemiyasının 2021-ci ilin birinci yarımilliyində davam etməsi sosial müdafiənin gücləndirilməsi tədbirlərinin davam etdirilməsini zəruri edir. Qeyd olunanları nəzərə alaraq 2020/2021-ci tədris ilinin yaz semestri üzrə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul olunub.