• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 04.05.2021 20:20

Ermənistanın Şuşada aparılan təmir işləri ilə bağlı iddiaları əsassızdır

KepezTV Player

"Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu ərazilərin bərpa və quruculuq prosesinə başlayıb. Nəhəng yenidənqurma işləri həyata keçirilir, Ermənistan işğalı zamanı yerlə yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur". Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına cavabında bildirilib ki,geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. "Vurğulamaq istərdik ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır" - deyə nazirliyin cavabında qeyd olunub. Ermənistanın Azərbaycanın ərazilərində törətdiyi vəhşiliklər göz qabağındadır. Bütün bu vəhşiliklərə, beynəlxalq öhdəliklərin pozuntusuna səbəb olan bir ölkənin Azərbaycan tərəfindən öz ərazisində aparılan bərpa-quruculuq işləri ilə bağlı hər hansı şərh verməyə mənəvi, ya da hər hansı hüquqi əsası yoxdur.