• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 04.05.2021 12:59

8 və 16 may dərs günü olacaq

KepezTV Player

Mayın 8-i və 16-sı dərs günü olacaq. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 və 12 may  iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.