KepezTV Player
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi ilə bağlı hərbi liseydə növbəti tədbir keçirilib. Tədbirdə liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və liseyi əvvəlki illərdə bitirən məzunlar iştirak edib. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə həmişə ön cəbhədə yer alan liseyin məzunları böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, orden və medallarla təltif olunublar.
- Baxış: 371