Gömrükçülərin həyata keçirdiyi daha bir əməliyyat uğurla nəticələnib. Belə ki, 244 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb. Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana gedən yük avtomobili saxlanılıb və gömrük nəzarətinə cəlb edilib. Avtomobil yoxlanılarkən kinoloji xidməti it yük maşınının qoşqusunun ətraflarına reaksiya verib. Rentgen qurğusunda isə şübhəli cizgilər müşahidə edildiyindən yük boşaldılaraq əsaslı şəkildə yoxlama aparılıb. Avtomobilin qoşqusunun altında kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 480 ədəd bağlama, həmin bağlamalarda isə qablaşdırılma ilə birgə çəkisi 244 kq 344 qramolan narkotik vasitə - heroin aşkar edilib.
- Baxış: 695