• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1472
— 03.05.2021 19:14

Samuxda iki yeni tibb məntəqəsi inşa edilib

KepezTV Player

Yaponiya hökumətinin həyata keçirdiyi “Ot kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant yardımı Proqramı çərçivəsində Samuxda 2 yeni tibb məntəqəsi inşa edilib. Alıuşağı kəndi və İnstitut qəsəbəsində yeni səhiyyə ocaqlarının tikintisi və lazımi tibbi avadanlıqlarla təmin olunması nəticəsində həmin yaşayış məntəqələrinin əhalisinə göstərilən tibbi xidmət şəraiti yaxşılaşdırılıb. Yeni tibb məntəqələrinin xidmətindən ümumilikdə 11 minə yaxın Samux sakini yararlanacaq. 

Buna qədər Samuxun İnstitut qəsəbəsində bələdiyyə binasının bir otağı tibb məntəqəsi kimi istifadə olunurdu. Alıuşağı kəndində isə ümumiyyətlə, tibb məntəqəsi mövcud olmadığından tibb işçiləri öz evlərində kənd əhalisinə xidmət göstəriblər. Yeni məntəqənin istifadəyə verilməsi ilə sakinlər artıq tibbi xidmət üçün kənddən 20 km aralıda yerləşən xəstəxanaya getmək məcburiyyətində qalmayacaqlar.