• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2269
— 03.05.2021 19:18

Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var

KepezTV Player

Şuşada "Qırmızı Kitab"a düşəcək bir neçə bitki növü var. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova qeyd edib ki, 30 il müddətində işğaldan azad olunmuş ərazilərdə məhv olan bitki, göbələk və heyvan növlərinin sayı barədə məlumat çox az olub. Kitaba salınacaq həmin ərazilərdəki növlərlə bağlı monitorinqlərə başlanılacaq. Artıq Zəngilanda müəyyən marşrutlar üzrə ilkin radio-ekoloji monitorinqlər keçirilib. Botaniki tədqiqatlara cüzi də olsa baxılıb. Su və torpaq nümunələri ilə bağlı ilkin işlər görülüb. Qırmızı Kitabın III nəşrinin 2023-cü ildə təqdim olunması planlaşdırılır.