• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 03.05.2021 20:11

Şəhid əmisinin qisasını alıb şəhadətə ucaldı

KepezTV Player

İlk sujetimizin qəhrəmanı şəhid İsmayıl Mustafayevdir. O, I Qarabağ müharibəsində şəhadətə yüksələn əmisinin adını daşıyırdı. İsmayıl hər zaman atasına "əmimin qisasını alacağam" deyərmiş. Elə də olur...

Mustafayev İsmayıl Elmar oğlu. 22 sentyabr 1996-cı ildə Gəncə şəhərində doğulub. 2012-ci ildə 43 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib, 2 nömrəli Peşə liseyində təhsil alıb. 2017-ci ildə həqiqi hərbi xidmətini başa vuran igidimiz ötən il Vətən müharibəsi başlayan kimi torpaqlarımızın müdafiəsinə qalxır. 2020-ci il sentyabrın 28-dən döyüşlərə qatılır.

Atası İsmayıla şəhid qardaşının adını vermişdi. Həm qardaşının adını yaşatmaq, həm də oğlunu onun kimi igid görmək istəyirdi. Adları da, taleləri də eyni oldu...

İsmayıl Mustafayev Füzuli, Cəbrayıl, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib, 8 noyabr tarixində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib.

Mustafayevlər ailəsi üç oğul itkisinin acısını yaşayır. Oğullarından biri - Kamran 2007-ci ildə yol qəzasında həyatını itirir. İsmayıl Azərbaycanın fəxri olub, ən ali zirvəyə yüksəlir. Digər qardaş Kamal isə 20 Yanvar günü şəhid qardaşının məzarını ziyarət edərkən ürəyi bu ağrıya tab gətirmir.

İsmayıl Mustafayev Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” , “Cəsur döyüşçü” ,“Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Nərgiz Əhmədqızı