• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 03.05.2021 15:33

Külli miqdarda heroin satışının qarşısı alınıb

KepezTV Player

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş - Süleyman İsmayılov və Firudin Külmanovu tutublar. Onların hər birindən 1 büküm heroin aşkar olunub. Bu şəxslər ifadələrində narkotik vasitələri Zığ qəsəbəsində Cəlal adlı şəxsdən aldıqlarını bildiriblər. Əvvəllər məhkum olunmuş Cəlal Abdullayev də saxlanılıb. Üzərindən və Zığ qəsəbəsində yaşadığı evdən ümumilikdə 2 kiloqrama yaxın heroin, 240 qram metamfetamin və 39 ədəd satışı qadağan olunan tramadol həbi aşkarlanıb. O, narkotik vasitələri onlayn yolla xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları keçmiş məhkum Hüseyn Musayevi Nardaran qəsəbəsində saxlayıblar. Üzəridən və idarə etdiyi avtomobildən satnaq məqsədi ilə əldə etdiyi 1 kiloqram 360 qram heroin götürülüb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.