• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1034
— 03.05.2021 16:02

İcra nümayəndəsi həbs olunub

KepezTV Player

Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəkil Vəliyevin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olan vətəndaş müraciəti əsasında araşdırma aparılır. İstintaq zamanı Vəkil Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların 2019-cu ilin fevralından “DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi qeydiyyata alınmasına, işə gəlmədikləri halda işə davamiyyət cədvəllərində bilə-bilə yalan məlumatlar daxil edərək imzası və nümayəndəliyin möhürü ilə təsdiq etmə yolu ilə vəzifə saxtakarlığı etməsinə, onların adına olan əməkhaqqı kartını özündə saxlamaqla 2019-cu ilin fevral ayından 2020-ci ilin dekabr ayına qədər ümumilikdə 7 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Vəliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.