• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 03.05.2021 11:57

Lerikdə qətl törədən şəxs tutulub

KepezTV Player

Lerikdə törədilən ağır cinayətin üstü açılıb. Aprelin 28-də saat 16 radələrində rayonun Barzavu kənd sakini 40 yaşlı Fərziyeva Zəkifə Feyruz qızının yaşadığı evdə üzərində xəsarət izləri olan meyiti aşkar olunub. Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə iş başlanılıb. İstintaqla cinayətin mərhumun həmkəndlisi 49 yaşlı Əsgərov Murad Gülbaba oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, dindirilərkən törətdiyi cinayəti etiraf edib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.