• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 02.05.2021 20:02

Maskanın dəridə yarada biləcəyi problemlər

KepezTV Player

Artıq bir ildən çoxdur ki, qlobal bəlaya çevrilən yeni növ koronavirus infeksiyası səbəbindən həm özümüzü, həm ətrafımızdakıları qorumaq üçün maskalardan istifadə etmək şərt olub. Bu halda xüsusən qadınlar yalnız aptekdə satılan tibbi maskalar deyil, həm də rəngli və müxtəlif materiallardan hazırlanan maskalara üstünlük verirlər. Bəs bunların hansı bizim üçün daha yaxşıdır? Sintetik materialdan hazırlanan maskaların dərimizdə yarada biləcəyi problemlərdən xəbərdarıqmı? Əməkdaşımız Aişə Rzayevanın videomaterialını izləyək.

Mütəxəssislər tibbi maskalardan istifadənin müddəti ilə yanaşı, onların hazırlandığı materiala da diqqət yetirməyin vacibliyini vurğulayırlar. Bunlardan ən tövsiyə olunanı apteklərdə satılan tibbi maskalardır. Həkimlər digər maskalardan istifadənin bəzi sağlamlıq problemlərinə yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.

Kosmetoloqların da maskalarla bağlı öz tövsiyələri var. Xanımlara maska taxan zaman tonal kremlərdən istifadə məsləhət görülmür. Çünki bu kremlər məsamələri qapadır və dərinin nəfəs almasına imkan vermir.

Bu zaman üzü sabunla deyil, antiseptik maddələrlə təmizləmək lazımdır. Maskalara gəlincə isə, istifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli, bu zaman əllərin gigiyenasına da diqqət yetirilməlidir.

Aişə Rzayeva