• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1160
— 02.05.2021 20:15

“Sputnik V” vaksininin ilk partiyası ölkəyə gətirilib

KepezTV Player

Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyası ölkəyə gətirilib. 60-dan çox ölkədə qeydiyyatdan keçən vaksinin qarşılama mərasimində səhiyyə nazirinin müavini Viktor Qasımov və Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak edib.

Ölkəmizin pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığının növbəti nümunəsi də Sputnik V vaksini oldu. Bu gündən artıq Rusiyadan alınan vaksinlərdən də peyvəndləmə prosesində istifadə ediləcək. Elə nazir müavininin dediyi kimi. Xəstəliklə mübarizədə əsaslı dönüş olmasa da hələlik ən effektli mübarizə üsulu peyvəndlənmə hesab edilir. Son partiya da daxil ölkəyə 2 milyon vaksin gətirildiyinə diqqət çəkən VİKTOR QASIMOVun sözlərinə görə, Sputnik V yüksək effektliliyə malikdir

Rusiyanın Azərbaycandakı səfiri Sputnik V vaksininin ilk partiyasının önəmli bir gündə - Pasxa bayramında Bakıya gətirilməsini xüsusi vurğulayıb. Pasxa bayramında vaksinlərin bakıya gətirilməsindən məmnunluğunu ifadə edən səfir bu prosesi Rusiyanın Azərbaycana münasibətində dostluq jesti kimi dəyərləndirib.

Əhalinin rifahına, sağlamlığına yönələn vaksinasiya prosesi planlaşdırıldığı kimi gedərsə pandemiya ilə mübarizədə böyük vədlər verir. Elə yanvarın 18-dən tətbiq edilən Sinovak, bu gündən, yəni mayın 2-dən istifadə ediləcək Astrazeenika vaksini də bu vədin bir parçasıdır.