KepezTV Player
Aprelin 30-da 56 yaşında vəfat edən gənclər və idman naziri Azad Rəhimovun Bakıda dəfn mərasimi keçirilib. Mərhumun nəşi II Fəxri Xiyabanda torpağa tapşırılıb. Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edir.***
Bu arada, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib. Rusiyalı funksioner belə bir insanın dünyasını dəyişməsini təkcə Azərbaycan Respublikası üçün deyil, bütün şahmat ailəsi üçün böyük itki adlandırıb.
- Baxış: 373