• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 01.05.2021 22:13

Bu gün ilk Qədr gecəsidir

KepezTV Player

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsidir. Qədr gecəsi mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edir. Ramazan ayının ikinci Qədr gecəsi mayın 3-də, üçüncüsü mayın 5-də, sonuncusu isə mayın 9-da olacaq. Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır. Koronavirus pandemiyası səbəbindən Qədr gecəsinin əməllərinin məscidlərdə icrası qadağan edilib.