• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 01.05.2021 22:12

Pandemiya və Ramazanda vacib olan qidalar

KepezTV Player

COVID-19-la mübarizə ilə məşğul olan tədqiqatçı alimlər, həkimlər bildirirlər ki, düzgün qidalanma, normal yuxu rejimi koronavirusun müalicəsini tezləşdirən mühüm amillərdir. Ramazan ayının pandemiya dövrünə təsadüf etməsi bizi qida rasionumuza xüsusi diqqət yetirməyə və immuniteti gücləndirən qidalardan daha çox istifadəyə vadar edir.

Mütəxəssislər immun sisteminin zəifləməməsi üçün həm imsakda, həm də iftarda sağlam və balanslı qidalanmaya nəzər yetirməyin vacibliyinə diqqət çəkirlər. Nəinki Ramazan ayında, digər günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. İmsaqda doyumlu qidaların qəbulu vacibdir.

Şəhla Verdiyeva endokrinoloq: Ramazan ayında da təəsüf ki, qidalanmamız bəzən sıradan çıxa bilir. O zaman ekstra diqqət eyməyimiz önəmlidi. 3 növ qidanı demək olar ki, rasionumuzdan demək olar ki, kənar eləməməliyik. Bunlar, zülallardı, yağlardı, karbohidratlardı. Zülal miqdarını artırmaq çox vacibdi. Xüsusilə axşam saatlarında qəbul olunması daha yaxşıdır. Karbohidrat yeyəcəyiksə də söhbət taxıl bitkilərindən gedir. Günün 1- ci yarısı imsakda yeyilməlidir ki, həmin enerjini biz sonra yandıra bilək.

Şəhla Verdiyeva endokrinoloq:Iftar vaxtında isə yağ və zülal ağırlıqlı qidalanmaq lazımdı. Bacardığımız qədər heyvani yalardan uzaq durub, bitki yağlarına üstünlük vermək lazımdı. Məsələn fındıq yağı, zeytun yağı və.s kimi antioksidan yağı yüksək olan yağlar ümunitetimizi də normada saxlayır. Ikincisi ət məhsullarından isə əgər obez və yüksək xolestirenli insanlardısa qırmızı ətdən bacardığımız qədər uzaq durub, ağ ət toyuq və balıq əti ilə qidalanmaq lazımdır. Çərəzlər istifadə olumalıdı. Qoz, badam məsələn fındıq kimi antioksidan tərkibli çərəzlər xüsusilə də imsakda istifadə olunması məsləhətdir. Və o cümlədən ümunitetimizi artıracaq bəzi qida məhsulları və tərəvəzlər var, yaşıllıqlar bol – bol, soğan sarımsaq bu kimi məhsullardan bacardığımız qədər çox istifadə etməliyik.

Ramazan ayında sahur və iftar süfrələrini xurmasız təsəvvür etmək qeyri-mümkündür. Cənnət meyvəsi hesab olunan xurma həzm sistemini yaxşılaşdırır, beynin fəaliyyətinə müsbət təsir göstərir. İftar zamanı şirniyyat məhsulları, xəmir xörəkləri, yüksək kalorili qidalar oruc tutanlarda təzyiq problemlərinə, kilo artımına səbəb olur. Kolbasa, bastırma və bənzər məhsullar doymuş yağ tərkibi yüksək olduğu üçün yeyilməsi riskli olan qida qruplarındandır. Bu məqamlara da diqqət yetirməkdə fayda var.

Aişə Rzayeva