• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 01.05.2021 21:53

Sakinlərin illərdir qarşılaşdıqları problem həllini tapdı

KepezTV Player

Gəncənin Şeyxzamanlı qəsəbəsində şəhid Rauf Xəlilovun adını daşıyan küçə illərlə bərbad halda idi. Suyun keçilməz hala saldığı küçənin sakinləri problemlə bağlı dəfələrlə müxtəlif orqanlara müraciət etsələr də, dərdlərinə çarə olan tapılmırdı. Son çıxış yolu kimi televiziyamıza müraciət edildikdən sonra isə məsələnin həlli istiqamətində işlərə başlanıb.

Mahmud Hacıyev sakin: Burada yaşıyan bütün sakinlərin adından demək istəyirəm ki, bu küçə elə bir vəziyyətdədir ki, pandemiyyanın belə bir tuğyan etdiyi dövrdə çirkab suyunun açıq şəkildə küçəyə axıdılması buradan keçən uşaqların suya batması, axşamlar buradan keçəndə insanlar pis günə düşürlər. Lazımi orqanlara dəfələrlə demişik, dəfələrlə gəlib baxmaqlarına baxmayaraq hələ ki, bu suya əncam çəkən yoxdur.

Elman Quliyev sakin: 7-8 il bundan qabaq ... 200 metrdən ibarət boru salınıb. Bunun 100 metr olan yeri düzgündür ancaq bizim bu qapının ağzı 100 metrdən ibarət olan yeri başdan sorma saldılar. Alt hissəsini yaxşı düzəltmədilər. 2-3 gündən sonrada üstünə sarı torpağı verdilər getdilər.

Çətinlik də elə işi yarımçıq görənlərin getdiyi gündən başlayıb. Neçə illərdir ki, arxdan axan su şəhidin adını daşıyan küçədə sakinlərin hərəkətini mümkünsüz edirdi.Yığılıb qalan su isə üfunətli gölməçələr yaradırdı. Sevindirici haldır ki, artıq Rauf Xəlilov küçəsinin sakinlərinin bu çətinliyi arxada qalır. Şəhər İcra Hakimiyyətinin göstərişi ilə hazırda əraziyə texnika və canlı qüvvə cəlb olunub. Problemin həlli istiqamətində işlərə başlanılıb. Arx lildən təmizlənib, suyun axınının təmin olunması üçün qazıntı aparılıb.

Elman Quliyev sakin: Çox sağ olun sizə müraciət elədik, sizin köməkliyinizlə bizim problemə şərik olduz. İndi iş gedir, göz qabağındadır. Bu öz yekununu bildirəcək.

İşlərin yaxın bir neçə gün ərzində tam yekunlaşdırılacağı bildirilir.

Elnur Vahidoğlu