• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 01.05.2021 16:16

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib

KepezTV Player

Naxçıvan Qarnizonu Qoşunlarında qərargahların və şəxsi heyətin  döyüş bacarığının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlər davam edir. Qoşunlar müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Qoşunların cəmləşmə rayonlarında yerləşməsi və müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib. Qərargahlar tərəfindən Vətən müharibəsində qazanılan təcrübələrə uyğun hesablamalar aparılıb, qəbul olunan qərarlar üzrə prakitiki fəaliyyətlərə cəlb edilən qüvvələr döyüş atışlarını icra ediblər.