• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 772
— 01.05.2021 12:49

Nazir Azad Rəhimov vəfat edib

KepezTV Player

Gənclər və İdman naziri Azad Rəhimov vəfat edib. Azad Rəhimov Azərbaycan Prezidentinin sərəncamı ilə 2006-cı ildə gənclər və idman naziri vəzifəsinə təyin edilib. Nazir uzun müddət idi ABŞ-da müalicə alırdı. Azad Rəhimov Avropa tarixində ilk dəfə təşkil olunan və 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə icra olunmasında xidmətlər göstərib. Onun fəaliyyəti dövrü 2012-ci ildə 17 yaşadək qızlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi, ölkəmizin tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına, daha sonra 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulması, 2016-cı ildə Bakının Formula-1 idmanı üzrə Avropa Qran-Prisinin keçiriləcəyi şəhərlər sırasına daxil olması, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili kimi idman siyasətinin mühüm hadisələri kimi də yadda qalıb.