• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 30.04.2021 19:08

Ləğv edilmiş Dövlət Xidmətinin vəzifəli şəxsləri həbs edildi

KepezTV Player

Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən cinayət işi başlanılıb. Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının qəsəbə üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub Xəzər rayonu, dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib. Babayev və Səfərov barəsində həbs, Nəsirov barəsində ev dustaqlığı, Abdulov və Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, Mehman Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.