• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 939
— 30.04.2021 19:48

UTECA-da yerli və xarici elm adamları bir araya gəliblər

KepezTV Player

UTECA-da yerli vəxarici elm adamları bir araya gəlib. Azərbaycan Texnologiya Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş “Universitet reytinqi məsələlərinin əsas problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Rusiya, İsveç, Çənubi Koreya, İngiltərə, Bosniya və Hersoqovina, Kabarda-Balkariya, Qazaxıstan olmaqla 8 dən çox xarici ölkənin elm adamlarının qatıldığı tədbirdə beynəlxalq reytinqlərdə mövcud vəziyyətdən danışılıb. Türkiyə YÖK Keyfiyyət Şurasının sədri Müzəffər Almaz Türkiyə universitetlərinin təcrübələrini bölüşüb, slaydlar və statistik göstəricilər təqdim edib, mövzunun aktuallığına diqqət çəkib. Beynəlxalq konfransın məcmuələr toplusuna 10-a qədər ölkədən 150-yə yaxın tezis daxil edilib.