KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbiri uğurla nəticələnib. Belə ki, şəhər sakini, qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqda şübhəli bilinən Tofiq Abdullayev yaxalanıb. Baxış zamanı üzərindən 460 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Polis əməkdaşlarında Ceyhun Paşayevin də qanunsuz olaraq narkotik vasitə saxlaması barədə şübhələr yaranıb. O, saxlanılaraq Polis İdarəsinə gətirilib. Paşayevin əlindəki sellofan torbadan 475 qram çəkidə qurudulmuş marixuana aşkar edilib. Maddi sübutlar ekspertizaya təqdim olunub. Saxlanılan şəxslərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
- Baxış: 719