• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 30.04.2021 15:54

Samuxda buraxılış imtahanı keçirilib

KepezTV Player

DİM bu gün 15 şəhər və rayonda 18 minə yaxın 11-ci sinif şagirdi üçün buraxılış imtahanları keçirib. Samux rayonu üzrə imtahanlar 2 binada təşkil edilib. 498 şagirdə biliyini yoxlaması üçün 3 saat vaxt verilib. Prosesi 6 imtahan rəhbəri və 51 zal nəzarətçisi izləyib. Pandemiya qaydalarına uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə iştirakçılar binaya müxtəlif vaxtlarda daxil olublar. Şagirdlər, eləcə də bütün imtahan iştirakçıları binaya daxil olarkən onların hərarətləri ölçülüb, əlləri dezinfeksiya edilib. Tibbi maskada olan şagirdlər tək-tək əyləşərək Azərbaycan dili fənnindən 30, riyaziyyatdan 25, xarici dildən 30 sualı cavablandırıblar. Prosesdə heç bir neqativ hal aşkarlanmayıb. Açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur. ***

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ölkə üzrə 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.