• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 30.04.2021 16:11

Şəhidlərin xatirəsi əbədiləşdirilir

KepezTV Player

Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksinin inşasına başlanılıb. Abidə kompleksində I Qarabağ savaşı və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin, habelə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin şəkilləri yer alacaq. Layihənin müəllifi Əməkdar rəssam Şərif Şərifovdur və abidə kompleksinin əsas mövsuzu qələbədir. Burada inşa edilən “Şəhid bulağı” isə xalqımızın, xüsusilə gəncəlilərin qədim adətlərini özündə ehtiva edir. İstiqlal parkında yerləşəcək kompleksin bir neçə aya təhvil verilməsi nəzərdə tutulur.