• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 30.04.2021 15:33

İşğaldan azad olunan ərazilər qazlaşdırılacaq

KepezTV Player

"İşğaldan azad olunan ərazilərin qazlaşdırılması prosesi ilə əlaqədar Prezident Administrasiyası tərəfindən müəyyən edilən xüsusi qruplar yaradılıb". "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib ki, "Azəriqaz" da Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini davam etdirir. Hazırda proseslə bağlı inventarlaşdırma işləri aparılır. Qurum layihələndirmə və digər işlər üçün tapşırıq gözləyir.