KepezTV Player
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş "Ağgöl" sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib. Burada şəxsi heyətin xidmətinin yüksək səviyyədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edilib, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri quraşdırılıb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində DSX-nin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidmət və məişət şəraiti yaradılır.
- Baxış: 390