• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 30.04.2021 15:40

Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

KepezTV Player

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb. Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edib, ən səmimi arzu və diləklərini yetirən dövlət başçısı zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşadığını bildirib. "Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin xidmətlərini yüksək qiymətləndirirəm. İnanıram ki, onlar Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə qüvvələrini səfərbər edərək bundan sonra da əzmlə çalışacaqlar" - deyə Prezidentin təbrik məktubunda qeyd olunub.