KepezTV Player
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olunub. Dövlət başçısı 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı ölkəmizin mövqeyini çatdırıb. Söhbət zamanı Azərbaycan - Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edilib və yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə olunub.
- Baxış: 206