Azərbaycanın 30 illik nisgilinə, yurd həsrətinə son qoyaraq şərəfli tarix yazan, Vətən yolunda şəadətə yüksələn daha bir qəhrəmanımız haqqında video material hazırlamışıq. Gəlin Arazov Səyyarı daha yaxından tanıyaq.
1987-ci il təvəllüdlü şəhidimiz Gəncə şəhərində dünyaya göz açıb. 3 qardaşın bir bacısı olan Səyyar Arazov mərd, zəhmətkeş, ailəcanlı olmağı ilə seçilib. Orta məktəbi bitirib hərbi xidmətə yollanan igimiz, qayıdandan sonra ailə həyatı qurub. Hazırda şəhidimizdən geriyə, xalqımıza əmanət olunan 2 gül bala qalıb.
Şəhidimizdən öncə qardaşı Məhərrəm cəbhəyə yollanıb. Səyyar Arazov bu xəbəri eşidən kimi könüllü olaraq ordu sıralarına yazılır və qardaşı kimi Vətənin keşiyində durmağı özünə borc bilir.
Güloğlan Arazov şəhidin atası: Oğluma çağırış gədi. Apardım hərbi hisəyə. Səyyar səhər bildi. Saxlaya bilmədik.
Məhərrəm Arazov şəhidin qardaşı: Poliqonda gördüm axırıncı dəfə qardaşımı. Səslədim, əl elədik. Danışa bilmədik. Son görüşümüz oldu.
Səyyar Arazov Milli Qəhrəman Ənvər Arazovun qardaşı oğludur. Ənvər Arazov 1992-ci ilin avqustunda Tərtərdə alay komandiri təyin edilib. Elə həmin il noyabrın 1-dən 2-nə keçən gecə Ağdam rayonunun Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək mərdliklə şəhid olub.
Yeganə İbrahimova şəhidin həyat yoldaşı: Əmisi ilə hər zaman fəxr edirdi. Deyirdi mən əmim kimi qəhrəman olacam.
Şərqiyyə Arazova şəhidin xalası: Fəxr edirik ki, belə bir balamız var. Qəhrəmanlıq göstərərək şəhid olub.
Azərbaycan hər zaman müharibənin əleyhinə olub. Amma 30 illik səbir torpaqları düşməndən azad etməyin başqa yolu olmadığını göstərdi. Arazovlar ailəsi şanlı qələbədə onların da payı olduğuna görə övladları Səyyarla haqlı olaraq qürur duyur.
Nərgiz Əhmədqızı
- Baxış: 608