• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 29.04.2021 15:54

Sərnişin avtobus sürücüsünü döydü

KepezTV Player

Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident olub.Avtobusa arxa qapıdan daxil olan sərnişinə sürücü marşrut xəttinin kart sistemi ilə fəaliyyət göstərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib. Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edərək ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilib. Araşdırma aparılır.