KepezTV Player
Şəmkir rayonu üzrə 11-ci siniflərin buraxılış imtahanı keçirilib. 8 binada təşkil edilən imtahanda 1749 şagirdin biliklərini yoxlaması üçün ümumilikdə 140 zal ayrılıb. İmtahanları 22 imtahan rəhbəri və 169 zal nəzarətçisi izləyib. Pandemiya qaydalarına uyğun olaraq kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə iştirakçılar binaya müxtəlif vaxtlarda daxil olublar. Şagirdlər 3 saat ərzində Azərbaycan dili fənnindən 30, riyaziyyatdan 25, xarici dildən 30 sualı cavablandırıblar. Rayon üzrə keçirilən imtahanda heç bir neqativ hal aşkarlanmayıb. Açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
- Baxış: 399