• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 29.04.2021 12:01

Qoyun oğruları tutulub

KepezTV Player

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində xirdabuynuzlu heyvanlar oğurlayan şəxslər müəyyən edilərək saxlanılıblar. Rayonun Gödəkqobu kənd sakini olan bir nəfər polisə ərizə ilə müraciət edərək ona məxsus xırdabuynuzlu heyvanlarının oğurlanması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini Nurlan Əzizov və Qazax rayon sakini Amil Yolçuyev saxlanılıblar. Araşdırmalarla onların 8 baş qoyun oğurlamaqla vətəndaşa 1200 manat civarında ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı araşdırma aparılır.