KepezTV Player
"Torpaqlarımız işğaldan azad olunub və məhkəmələr bütün infrastruktur bərpa olunduqdan, soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcək". Ədliyyə naziri Fikrət Məmmədovun sözlərinə görə, gələcəkdə həmin bölgədə aidiyyatı yeni regional apellyasiya və ixtisaslaşmış - kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur. Hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür.
- Baxış: 291