• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1743
— 28.04.2021 12:18

Prezident İlham Əliyev “Boeing Commercial Airplanes” Şirkətinin prezidentini qəbul edib

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib. Dövlət başçısı Azərbaycanın “Boeing” şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib, bu əməkdaşlığın hava yollarımızın inkişafında rolundan danışıb. İşğaldan azad olunmuş ərazilərimizdə yeni hava limanlarının inşa olunduğu deyən İlham Əliyev bu baxımdan təyyarə parkımızın genişlənəcəyini, eyni zamanda, ölkəmizin yükdaşıma təyyarələri parkının potensialını da vurğulayıb və bu sahədə də əməkdaşlıq üçün imkanları qeyd edib.