KepezTV Player
Ağır yaralanan daha 13 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdiriləcək. Qazilərimizin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlanılacaq.“YAŞAT” Fondu tərəfindən bu günə qədər 76 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 9-nun müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
- Baxış: 328