• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2051
— 27.04.2021 12:47

İdman zalında məşq edən 56 nəfər cərimələndi

KepezTV Player

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar olaraq həyata keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə müvəqqəti icazə verilmədiyi halda müştərilərə xidmət göstərən daha bir obyekt aşkar edilib. Keçirilən profilaktik tədbir zamanı müəyyən olunub ki, rayon ərazisində yerləşən idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir. Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib. Həmin şəxslərdən COVID-19 virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb. Onların hər biri barəsində protokollar tərtib edilib və cərimələniblər.