• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 26.04.2021 12:05

Qarabağa qayıdışla bağlı sorğu yekunlaşıb

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat - onlayn-sorğu başa çatıb. Sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb. İlkin məlumatlara əsasən, iştirakçıların 54%-i kişilərdən, 46%-i isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45%-ni 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir. Hazırda onlayn-sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.