
Azərbaycanda koronavirus infeksiyasına 1 541 yeni yoluxma faktı qeydə alınıb, 2 245 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 456 nəfərdir. Son sutka ərzində 11 492 test aparılıb.
Bu gün ölkəmizdə COVID-19 əleyhinə 10 814 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 6 622 nəfər olub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 423 295 təşkil edir.
- Baxış: 399