• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1738
— 25.04.2021 19:13

Ağdam rayonunun Şıxbabalı və Zəngilan rayonunun Qaragöl kəndləri

KepezTV Player

MN Ağdam rayonunun Şıxbabalı kəndindən kadrlar paylaşıb. Tikilmə tarixi etibarı ilə ən qədim binalardan biri olan Şıxbabalı türbəsi bu kənddə yerləşir. 1993-ci il iyulun 4-də işğal olunan yaşayış məntəqəsi ötən ilin 20 noyabrında Üçtərəfli Atəşkəs Bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olub və Azərbaycan bayrağı ucaldıb.

Bu görüntülər isə dağətəyi ərazidə yerləşən Zəngilan rayonunun Qaragöl kəndindəndir. Yaşayış məntəqəsi dərzili tayfasına məxsus keçmiş Qaragöl adlı qışlaq yerində salınıb. Qışlaq isə Keçaldağın şimal yamacındaki Qaragölün adı ilə adlanıb. Hidronimin tərkibindəki qara komponenti göl tin şimal istiqamətində yerləşməsi ilə bağlıdır.