• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1595
— 25.04.2021 19:25

Nazirlər tarixin saxtalaşdırılmasının qəbuledilməz olduğunu bildiriblər

KepezTV Player

Azərbaycan və Türkiyə Prezidentləri ilə yanaşı, xarici işlər naziri Ceyhun Bayramov ilə həmkarı Mevlüt Çavuşoğlu arasında da telefon danışığı baş tutub. Ceyhun Bayramov bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdlərinin qəbuledilməz olduğunu bildirib və ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatının tarixi həqiqətlərin təhrifi olduğunu vurğulayıb. Bir əsr bundan öncə baş verən hadisələr yalnış təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırıma hələ də ədalətli qiymətin verilməməsinin qərəzlilik və ikili standart nümunəsi olduğu türkiyəli həmkarın diqqətinə çatdırılıb. Nazirlər tarixin saxtalaşdırılmasının və onun siyasi məqsədlər üçün istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd ediblər.