• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1601
— 24.04.2021 20:28

29 yaşında Şuşada şəhadətə ucaldı

KepezTV Player

Şəhidlər düşmənin gözünə dik baxaraq, öz qanları ilə tarix yazdılar. Bizim borcumuz isə onların xatirəsini daim əziz tutmaqdır. Nuhan Abbasov haqqındadır sujetimiz var.

Cəmi 29 yaşında idi Nurhan. Gəncliyin ən gözəl çağını Vətənə, torpağa qurban etdi. O yurdumuzu canından çox sevirdi bunu da şəadəti ilə sübut etdi.

Şəhidimizin maşınlara xüsusi marağı varıydı. Qırmızı rəngli avtomobilini qırmızı ceyranım deyə adlandırırmış. Ən böyük arzusu isə toyunda fişəng atmaq idi. Amma qismət olmadı. O bəy paltarı geyinmədi. Heç otağıda bəy otağı kimi bəzənmədi. Halbu ki, evini xüsusi bəzətmək də arzularının içində yer alırdı. Bu gün anası oğlunun istəklərini reallaşdırır. Lakin yetmir. Bəs etmir...

Nurhanın döyüş yolu Cəbrayıldan başlayıb və Füzuli, Suqovuşan da daxil olmaqla Şuşaya qədər davam edib. Qarabağın incisi, Qafqazın konservatoriyasında isə ən ali zirvəyə yüksəlir. Döyüş yoldaşları da onun haqqında ağız dolusu danışıb.

Şəhid atası bu gün qürurludur. Başı dik duraraq “oğlum sözünün üstündə durdu. Vaxtı ilə ala bilmədiyim torpaqları o aldı”.

Nurhanın xalasının da, əmisinin də oğul övladı yoxdur. Bunun üçündə o təkcə öz valideynlərinə yox, elə hamıya əsil oğul olub.

Şəhidimiz ölümündən sonra ”Vətən uğrunda”, “Cəsur döyüşçü” , “Şuşanın azad olunmasına görə"medallarına layiq görülüb.

Nərgiz Əhmədqızı