• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 24.04.2021 17:15

Məmmədyarov və Rəcəbov mübarizəyə başlayır

KepezTV Player

Bu gün şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun V mərhələsində mübarizə start veriləcək. "New In Chess" adlı mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcək. Ümumilikdə 16 qrossmeyster 3 gün ərzində bir-biri ilə üz-üzə gələcək.İlk 5 turun görüşləri birinci yarış günündə olacaq. I turda Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə, Teymur Rəcəbov isə ağ fiqurlarla Böyük Britaniyadan olan Qaveyn Consla qarşılaşacaq.