• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 788
— 24.04.2021 12:02

Şəmkirdə ağsaqqalların rolundan danışılıb

KepezTV Player

Ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan Şəmkirdə, Ağsaqqallar Şurasının iclası söz açılıb. Ölkə rəhbərliyi tərəfindən ağsaqqalların fəaliyyətinin yüksək qiymətləndirildiyinə diqqət çəkilib. Bunu çıxış edən yaşlı nəslin nümayəndələri də təsdiqləyiblər. Rayonda ağsaqqallarla gənclərin işbirliyi vəhdət təşkil etdiyi vurğulanıb. İclasda Şəmkir Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.  Bilal Məmmədov Şuranın sədri seçilib. Həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər. Şura sədri uğurlu fəaliyyət üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən agsaqqalara mükafatlar və hədiyyələr təqdim olunub.